Meksikada avtoqəza zamanı 7 nəfər ölüb, 40 nəfər xəsarət alıb

Meksikada avtoqəza zamanı 7 nəfər ölüb, 40 nəfər xəsarət alıb
  • Clock-gray 06:11
  • calendar-gray 23 Noyabr 2019

Meksikanın cənubundakı Çyapas ştatında avtobusun qəzaya uğraması nəticəsində 7 nəfər ölüb, 40 nəfər yaralanıb.

APA-nın "El Universal" qəzetinə istinadən verdiyi məlumata görə, nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirib, nəticədə avtobus yarğana düşüb.

Avtobus San-Kristobal-de-las-Kasas şəhərindən Mexikoya gedirmiş. Rəsmilər hadisənin təfərrüatları ilə əlaqədar istintaq araşdırmalarına başlayıb.

Avtomobil qəzasının mümkün səbəbləri barədə məlumat hələ açıqlanmayıb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date