Meksikada avtovağzala edilən silahlı hücum nəticəsində 6 nəfər ölüb

Meksikada avtovağzala edilən silahlı hücum nəticəsində 6 nəfər ölüb
# 03 sentyabr 2019 02:09 (UTC +04:00)


Meksikanın Kuernavaka bölgəsindəki “Estrella de Oro” avtovağzalına silahlı basqın edilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Morelos əyalət Prokurorluğunun açıqlamasında qey edilib: "İlk məlumatlara görə, konkret olaraq stansiyadakı insanlara hücum olub. Təcili yardım xidmətləri beş nəfərin yerində öldüyünü təsdiqləyib, daha bir nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib".

Dərhal yerli polisin, Milli Qvardiyanın əməkdaşları və hərbçilər hadisə yerinə cəlb ediliblər.

Qeyd edək ki, son bir həftə ərzində Morelos əyalətində 17 qəsdən adam öldürmə hadisəsi qeydə alınıb. Dövlət Təhlükəsizlik Komissiyası bölgədəki şiddətli cinayətlərin artmasını yerli cinayətkar dəstənin başçısı Santiaqo Masarinin son həbsindən sonra intensiv xarakter aldığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR