Meksikada mormonlara hücum edilib, 6-sı uşaq olmaqla 9 nəfər öldürülüb

Meksikada mormonlara hücum edilib, 6-sı uşaq olmaqla 9 nəfər öldürülüb
# 05 noyabr 2019 12:51 (UTC +04:00)

Meksikada etno-dini qrup olan mormonlara hücum edilib.

APA-nın “Heraldo De Mexico” qəzetinə istinadən verdiyi xəbər görə, hücum nəticəsində 9 nəfər qətlə yetirilib, 8 nəfər isə girov götürülüb.

İlk olaraq Çiuaua ştatından Sonora ştatına gedən yolda avtomobilə atəş açılıb. Bundan başqa, 12 nəfərin olduğu daha iki avtomobilə hücum edilib. Baş vermiş hücumlar zamanı ümumilikdə 9 nəfər qətlə yetirilib, 8 nəfər isə girov götürülüb. Öldürülənlərdən 6-sı uşaq olub.

Hücum barədə qurbanların qohumu, aktivist Xulian LeBaron məlumat verib.

Hazırda 8 nəfərin axtarışı davam etdirilir.

Axtarışa hərbi qüvvələr və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR