Mexikoda 20-dən çox insan zəlzələyə hazırlıq təlimlərində xəsarət alıb

Mexikoda 20-dən çox insan zəlzələyə hazırlıq təlimlərində xəsarət alıb
# 20 sentyabr 2019 07:44 (UTC +04:00)

Meksikanın paytaxtında zəlzələyə qarşı reaksiyalar üzrə təlimlər zamanı xəsarət alanlar olub.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə meqapolis hökumətinin başçısı Klaudiya Şeynbaum keçirdiyi mətbuat konfransında bildirib.

“26 nəfər xəsarət alıb”, - deyə Şeynbaum qeyd edib. Onun sözlərinə görə, xəsarət alanlar üçün həyati təhlükə gözlənilmir.

Ənənəvi olaraq 1985 və 2017-ci illərdə baş vermiş dağıdıcı zəlzələlərin ildönümündə təşkil edilən təlimlər zamanı rəsmilər hər il təcili tibbi yardım xidmətlərinin və meqapolis sakinlərinin təbii fəlakət zamanı necə hərəkət etməli olduğunu yoxlayır.

Paytaxtın bütün ərazilərində zəlzələ xəbərdarlığı sistemi işə düşüb. Bundan sonra yaşayış və inzibati binalardan, eləcə də təhsil müəssisələrindən evakuasiya başladılıb. Tədbirdə iştirak etmək üçün təxminən 7 milyon insan dəvət edilib. Çərşənbə günü Mexiko şəhərinin mərkəzində zəlzələdə ölənlərin xatirəsinə bir mərasim də təşkil edilib. Tədbiri ənənəvi olaraq ölkə prezidenti Andres Manuel Lopez Obrador idarə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR