Mexikoda həbsxanada iğtişaşa cəhd edilib

Mexikoda həbsxanada iğtişaşa cəhd edilib
# 13 sentyabr 2019 01:58 (UTC +04:00)

Bir qrup məhkum cümə axşamı günü Meksikanın paytaxtı Mexikonun şərqində yerləşən Reklusorio Orient həbsxanasında iğtişaşa cəhd edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Penitensiar Xidmətin rəis müavini Asael Orteqan bildirib ki, hadisə zamanı üç nəfər xəsarət alıb.

Onlardan bıçaq yarası alanlar da var. Yaralıların vəziyyəti stabil qiymətləndirilir. Həbsxanada nizamı bərpa etmək üçün polis qüvvələri cəlb edilib. Hazırda cəzaçəkmə müəssisəsində vəziyyət rəhbərliyin nəzarətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR