Nyu-Yorkda təyyarə yaşayış binasına çırpılıb, 1 nəfər ölüb, 3 nəfər yaralanıb - YENİLƏNİB

Nyu-Yorkda təyyarə yaşayış binasına çırpılıb, 1 nəfər ölüb, 3 nəfər yaralanıb - YENİLƏNİB
  • Clock-gray 07:42
  • calendar-gray 18 Avqust 2019

Nyu-Yorkda evə çırpılan təyyarədə olan üç nəfərdən biri həlak olub, digər iki nəfər isə sağ qalıb.

APA "TASS"a istinadla xəbər verir ki, təyyarənin düşməsindən sonra hadisə nəticəsində evdə yanğın baş verib. Evdə olan üç nəfər (bir kişi və iki qadın) dən bir qadın ağır yaralanıb. 

****

02:36


ABŞ-ın Pokipsi şəhəri yaxınlığında (Nyu-York) içərisində üç nəfərin olduğu yüngülmühərrikli “Cessna 303” markalı təyyarə yaşayış binasına çırpılıb. 

APA yerli ABC telekanalına istinadla xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası məlumat yayıb.

Təyyarə ştatın cənub hissəsində yerləşən kiçik bir hava limanından havaya qalxıb. Pokipsi şəhəri yaxınlığında yerə enməli idi. 

Təyyarədəki insanların, habelə çırpıldığı evin sakinlərinin taleyi barədə hələ ki, məlumat verilməyib.

Hadisə ilə əlaqədar istintaq başlanıb.
 

Rəşad Sarıyev

Digər xəbərlər

Arxiv

date