Pentaqon Rusiyanı ABŞ üçün kiber məkanda əsas təhlükə adlandırıb

Pentaqon Rusiyanı ABŞ üçün kiber məkanda əsas təhlükə adlandırıb
# 06 sentyabr 2019 07:17 (UTC +04:00)

ABŞ Müdafiə Nazirliyi Rusiyanı ABŞ üçün kiber məkanda ən böyük təhlükə hesab edir.

APA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Pentaqon yanında Milli Təhlükəsizlik Agentliyinin hüquq məsləhətçisi Qlenn Gerstel bildirib.

Onun sözlərinə görə, Çin, KXDR və İran da bu sahədə ABŞ üçün təhlükə yaradır.

Gerstel bildirib ki, "Rusiya özünün böyük potensialı əsasında yalan məlumat və dezinformasiya yaymaqda mütləq bir nömrəlidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR