Perudakı Ubinas vulkanında püskürmə qeydə alınıb

Perudakı Ubinas vulkanında püskürmə qeydə alınıb
# 04 sentyabr 2019 06:31 (UTC +04:00)

Peru Geofizika İnstitutu Ubinas vulkanının kraterində püskürmə qeydə alıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə institutun yaydığı məlumatda deyilir.

Məlumata görə, vulkan püskürməsi zamanı tüstü qatı cənub və cənub-şərq istiqamətində 1,3 km hündürlüyəcən qalxıb.

“Yeni püskürmələrin və kraterdən kül qatının atılmasının yenidən baş verəcəyi istisna edilmir. Bunu nəzərə alan institut vulkan zonasında narıncı siqnal səviyyəsinin qorunmasını tövsiyə edir və bu bölgələrdə yaşayan sakinlərin təhlükəsizliyi üçün rəsmiləri tədbirlər görməyə çağırırıq”, - deyə institutun ekspertləri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR