Qətər əmiri Trampı ölkəsinə və Əl-Udeyd hərbi bazasına səfərə dəvət edib

Qətər əmiri Trampı ölkəsinə və Əl-Udeyd hərbi bazasına səfərə dəvət edib
  • Clock-gray 05:51
  • calendar-gray 10 İyul 2019

Qətər əmiri şeyx Tamim ibn Həmad əl-Tani ABŞ prezidenti Donald Trampı ölkəsinə səfərə və Yaxın Şərqdə ABŞ ordusunun ən böyük hərbi bazası Əl-Udeydə baş çəkməyə dəvət edib.

APA xəbər verir ki, bu barədə Qətər əmiri Ağ Evdə ABŞ lideri ilə görüşündə bildirib.

“Baza bizdə (Qətərdə) yerləşir və biz çox yaxından əməkdaşlıq edirik. Sizi istənilən vaxt Qətərə gəlməyə və bazaya baş çəkməyə dəvət edirəm”, - əmir belə deyib.

“Bu baza çox möhtəşəmdir. Onun yeri çox gözəldir – Yaxın Şərqin tam ürəyində. Aydındır ki, bu, çox vacib bir yerdir”, - deyə Tramp cavab verib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date