Tramp Çili Prezidentinə dəstək verib

Tramp Çili Prezidentinə dəstək verib
# 31 oktyabr 2019 19:54 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp və Çili Prezidenti Sebastian Pinyera arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Ağ Ev məlumat yayıb.

D. Tpamp Çili Prezidentinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitinin və BMT-nin İqlim dəyişikliyi üzrə forumunun (COP25) təxirə salınması barədə qərarını dəstəkləyib.

ABŞ Prezidenti eyni zamanda hökumətin ölkədə qayda-qanun yaratmaq yönündə səylərini dəstəkləyib.

Qeyd edək ki, dünən Çili Prezidenti ölkəsində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitinin və BMT-nin İqlim dəyişikliyi üzrə forumunun (COP25) təxirə salındığını bəyan edib. APEC sammiti 16-17 noyabr, BMT-nin İqlim dəyişikliyi üzrə forum isə 2-13 dekabr tarixlərində keçirilməli idi. Çili hakimiyyətinin bu qərarı qəbul etməsinə bir neçə müddətdir davam edən iğtişaşlar səbəb olub. Ölkənin paytaxtı Santyaqo və bir neçə bölgədə fövqəladə vəziyyət elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR