Tramp: “İŞİD-in yeni lideri var, onun kim olduğunu bilirik”

Tramp: “İŞİD-in yeni lideri var, onun kim olduğunu bilirik”
# 01 noyabr 2019 18:00 (UTC +04:00)

“İŞİD-in yeni lideri var”.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Twitter”də bildirib.

“Biz onun kim olduğunu bilirik”, - deyə ABŞ Prezidenti qeyd edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Prezident D. Tramp İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürüldüyünü bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR