Tramp: "Kim Çen Inla növbəti görüşü səbirsizliklə gözləyirəm"

Tramp: "Kim Çen Inla növbəti görüşü səbirsizliklə gözləyirəm"
# 02 iyul 2019 04:32 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşü səbirsizliklə gözlədiyini açıqlayıb.

APA “TASS” agentliyinə istinadə xəbər verir ki, o bu barədə şəxsi “Twitter” səhifəsində paylaşım edib.

“Şimali Koreyanın Dövlət Şurasının sədri Kim Çen Inla bu həftəsonu görüş əla idi. Bizim görüşümüz gözəl keçdi, o çox yaxşı və sağlam görünürdü. Mən yaxın zamanda onunla növbəti görüşü səbirsizliklə gözləyirəm”, - deyə prezident yazıb.

O, həmçinin qeyd edib ki, ABŞ və KXDR arasında işçi səviyyədə danışıqlar canlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR