Tramp: Növbəti seçkilərdə məğlubiyyətə hazır deyiləm

Tramp: Növbəti seçkilərdə məğlubiyyətə hazır deyiləm
# 23 iyun 2019 19:37 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp 2020-ci ildə keçiriləcək Prezident seçkilərində məğlubiyyətə hazır olmadığını bəyan edib.

APA-nın məlumatına görə, D. Tramp NBC telekanalına müsahibəsində deyib ki, uduzmağa hazır deyil, uduzmağı sevmir və həyatında məğlubiyyətləri çox olmayıb.

D. Tramp bildirib ki, ilk dəfə namizədliyini verən zaman Prezident seçilib və ikinci dəfə də qələbə qazanmağı arzulayır.

Qeyd edək ki, D. Tramp bir müddət əvvəl ikinci müddətə Prezident postu uğrunda mübarizə aparmaq niyyətində olduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR