Tramp seçki kampaniyasına start verir

Tramp seçki kampaniyasına start verir
# 19 iyun 2019 08:56 (UTC +04:00)

Tramp Pensilvaniya ştatında seçki mitinqi keçirib. Pensilvaniya 2020-ci il seçkisinin nəticəsinə təsir göstərəcək əsas ştatlardandır. Prezident Tramp 2016-cı ildə bu ştatda qalib gəlib.


“Siyasət dəli bir dünyadır. Amma tarixin ən yüksək məşğuliyyət göstəricilərini, ən aşağı işsizlik səviyyəsini, ən yaxşı iqtisadiyyatını əldə etdiyim üçün bu seçkidə məğlub ola biləcəyimi düşünmürəm”.

APA “Voice News”a istinadən xəbər verir ki, bu ifadələr Trampın kampaniyasının yeni reklam çarxında əks olunur və seçicilərə ABŞ-ın indiki prezidentinin nailiyyətləri xatırladılır.

Tramp seçki kampaniyasını rəsmi olaraq çərşənbə axşamı Floridada elan edib və belə görünür o, çox sayda demokrat namizədlərdən hər birinə qarşı mübarizə aparmağa həvəslidir.

Hazırda demokrat namizədlər arasında sabiq vitse-prezident Co Bayden öndədir. O, diqqətini Trampı kəskin şəkildə tənqid etməyə yönəldib.

“Fikrimcə o, bizim təməl dəyərlərimizə hədədir. Donald Trampın dörd illik hakimiyyəti Amerika tarixində doğru yoldan uzaqlaşma kimi yadda qalacaq. Səkkiz il isə bizim xalq olaraq kimliyimizi və dünya tərəfindən necə görüldüyümüzü əsaslı şəkildə dəyişəcək”, demokrat namizəd Co Bayden bildirib.

Bu yaxınlarda dövlət və ştat səviyyəsində aparılan rəy soğruları Bayden və bir neçə digər demokrat namizədin prezident üzərində üstünlüyə sahib olduğunu göstərib.


Tramp onun bəzi mühüm ştatlarda Bayden və digər demokratlardan böyük fəqrlə geridə olduğunu göstərən daxili sorğu nəticələrini də rədd edib.

“ABC News”-un şərhçisi Met Daudun sözlərinə görə, belə tez aparılan rəy soğrularının nəticələrinə etibar etmək olmaz.

“2016-cı ildə müşahidə etdiyimiz kimi, rəy sorğuları və seçki nəticələri birdən dəyişə bilər. Məncə prezidentin reallığı qəbul edib, geridə olduğunu söyləməsi doğru olardı. Amma demokratların rəy sorğuları nəticələrinin qəflətən dəyişə biləcəyini və bu nəticələrin Amerika xalqının dəqiq düşüncəsini əks etdirmədiyini anlaması çox mühümdür”, o deyib.

Güclü iqtisadiyyata rəğmən Trampın etimad reytinqi tarixi standartlara görə aşağıdır.

Larri Sabatonun sözlərinə görə, onun etimad reytinqi prezidentliyi boyunca da aşağı olub.

“Əgər biz təkcə ictimai rəy sorğularını nəzərə alsaq, heç nəyin dəyişmədiyini deyə bilərik. Donald Trampın etimad reytinqi prezidentliyi boyunca aparılan demək olar bütün rəy soğrularında 30-40 faiz arasında idi”, Sabato söyləyib.

Rəy sorğuları onu göstərir ki, Tramp siyasi elektoratını məmnun etsə də, 2020-ci ildə qalib gəlmək şanslarını artırmaq istəyirsə dəstəyini artırmağın yollarını tapmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR