Tramp Şimali Koreya prezidentindən "çox gözəl bir məktub" aldığını bildirib

Tramp Şimali Koreya prezidentindən "çox gözəl bir məktub" aldığını bildirib
  • Clock-gray 02:42
  • calendar-gray 10 Avqust 2019

Prezident Donald Tramp cümə günü Şimali Koreya lideri Kim Con Indan "çox gözəl bir məktub" aldığını və onunla başqa bir görüş keçirə biləcəyini deyib.

APA "voice america"ya istinadla xəbər verir ki, media önündə çıxış edən Tramp bu görüşün nə vaxt baş tutacağı barədə heç nə deməyib.

Tramp Ağ Evdə jurnalistlərə məktubun cümə axşamı günü ona təqdim edildiyini deyib: "Çox müsbət bir məktub idi. Düşünürəm ki, daha bir görüşümüz olacaq. O, həqiqətən gözəl, üç səhifəli bir məktub yazıb. Kim başdan axıradək həqiqətən gözəl bir məktub yazıb". 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date