Tramp uğursuz Qrenlandiya təklifinə görə Danimarkanın baş naziri ilə görüşünü təxirə salıb

Tramp uğursuz Qrenlandiya təklifinə görə Danimarkanın baş naziri ilə görüşünü təxirə salıb
# 21 avqust 2019 04:23 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp Qrenlandiya adasının alınması ilə bağlı Vaşinqtonun etdiyi təklifi geri çevirən Danimarkanın baş naziri Mette Frederiksenlə planlaşdırılmış görüşünü təxirə salıb.

APA xəbər verir ki, belə bir məlumatı Tramp özünün “Twitter” səhifəsində paylaşıb.

“Danimarka – qeyi-adi insanların olduğu xüsusi bir ölkədir. Ancaq baş nazir Mette Frederiksenin Qrenlandiyanın satışı məsələsinin müzakirəsində maraqlı olmamasına dair etdiyi açıqlamalarına əsaslanaraq, iki həftə sonraya planlaşdırılmış görüşü başqa bir vaxta qədər təxirə salıram”, - deyə prezident bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR