Tramp və Putin arasında görüş başa çatıb - YENİLƏNİB

Tramp və Putin arasında görüş başa çatıb - YENİLƏNİB
# 28 iyun 2019 10:43 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında Osakada “G20” sammiti çərçivəsində baş tutan görüş başa çatıb.

APA TASS-a istinadən xəbər verir ki, iki ölkə lideri arasında keçirilən görüş bir saat yarım davam edib.

Qeyd edək ki, ikitərəfli görüşdən öncə V.Putin və D.Tramp arasında qısa danışıq baş tutub.

Görüş zamanı İranla bağlı məsələ, Suriyada və Venesuelada vəziyyət və Ukrayna məsələsi müzakirə edilib.

***

10:12

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında Osakada "G20" sammiti çərçivəsində ikitərəfli görüş başlayıb.

APA TASS-a istinadən xəbər verir ki, görüşün bir saat və ya saat yarım davam edəcəyi gözlənilir.

Qeyd edək ki, bu, D.Tramp 2018-ci ilin dekabrında V.Putinlə Argentinada “G20” sammiti çərçivəsində nəzərdə tutulan görüşü təxirə saldıqdan sonra baş tutan ilk görüşdür.

2018-ci ilin dekabrndan bu yana iki ölkə lideri bir dəfə bu ilin mayında telefonda danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR