Tramp: Zelenskinin çıxışından sonra impiçment prosedurunu dayandırmaq lazımdır

Tramp: Zelenskinin çıxışından sonra impiçment prosedurunu dayandırmaq lazımdır
# 10 oktyabr 2019 19:14 (UTC +04:00)

“Ukrayna Prezidenti Vladimir Zelenski tam əminliklə bəyan edib ki, Donald Tramp danışıqlar zamanı ona hər hansı təzyiq göstərməyib və pis heç nə etməyib”.

APA-nın məlumata görə, bunu ABŞ Prezidenti Donald Tramp “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.

D. Tramp hesab edir ki, V. Zelenskinin çıxışından sonra barəsindəki impiçment prosedurunu dayandırmaq lazımdır.

Qeyd edək ki, V. Zelenski bu gün bəyan edib ki, D. Trampın Bayden işi ilə əlaqədar istintaqın aparılması barədə xahişində korrupsiya və qanunların pozulması halı yoxdur.

Xatırladaq ki, demokratlar siyasi məqsədlərinə çatmaq üçün “Burism” şirkətində çalışan Xanter Baydenə qarşı istintaqla əlaqədar Ukrayna rəhbərliyindən xahiş etməsini əsas gətirərək sentyabrın 24-də D. Trampla əlaqədar impiçment proseduru başladıblar.

X. Bayden ABŞ-ın sabiq Prezidenti Co Baydenin oğludur. C. Bayden qarşıdan gələn Prezident seçkilərində namizəd olacağını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR