Trampın mətbuat katibi jurnalistlərin davasında xəsarət alıb - VİDEO

Trampın mətbuat katibi jurnalistlərin davasında xəsarət alıb - VİDEO
# 30 iyun 2019 13:26 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen İnin Şimali Koreya ilə Cənubi Koreyanı ayıran hərbsizləşdirilmiş zonada görüşü zamanı arzuedilməz olay yaşanıb.

APA-nın məlumatına görə, bu barədə CNN telekanalının jurnalisti Cim Akosta "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.

D. Tramp və K.Ç. İnin görüşünü işıqlandırmaq üçün daha yaxşı mövqedə dayanmaq istəyən amerikalı və Şimali koreyalı jurnalistlər arasında dava-dalaş olub. Ağ Evin mətbuat katibi Stefani Qrişam bu dava-dalaş zamanı yüngül xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR