"Twitter"in keçmiş işçiləri Səudiyyə Ərəbistanına casusluqda ittiham olunur

"Twitter"in keçmiş işçiləri Səudiyyə Ərəbistanına casusluqda ittiham olunur
# 08 noyabr 2019 01:05 (UTC +04:00)

ABŞ-ın San-Fransisko ştatının məhkəməsi keçmiş "Twitter" işçilərini bəzi istifadəçilərin şəxsi məlumatlarını pul qarşılığında Səudiyyə Ərəbistanı hökümətinə ötürməkdə ittiham edirlər.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, istintaq sənədində göstərilir ki, onların məlumatlarını ötürdükləri şəxslər sırasında Səudiyyə Ərəbistanı hökümətinə müxalif olanlar da var.

İttiham sənədində "Twitter"in keçmiş əməkdaşları Ahmad Abouammo və Ali Alzabarah casusluqda günahlandırılıblar.

Üçüncü şəxs Səudiyyə Ərəbistanı Kral ailəsi üçün işlədiyini bəyan edən Səudiyyə Ərəbistanı vətəndaşı Ahmed Almutairiyə də eyni ittiham irəli sürülüb. O, "Twitter"in keçmiş əməkdaşları ilə Riyad arasında əlaqələri təşkil etməkdə gunahladırılıb.

Məhkəmənin qərarı ilə Ahmad Abouammo "qaçmaq təhlükəsi"nə görə həbsdə qalıb.

ABŞ Dövlət Departamenti digər iki nəfərin Səudiyyə Ərəbistanında olduğunu bildirib.

Abouammo sənəd saxtalaşdırmaqda və ABŞ Federal Təhqiqat Bürosuna (FTB) yalan məlumat verməkdə ittiham olunub.

"Twitter"də mühəndis kimi çalışmış Alzabarah da 2015-ci ildə Səudiyyə rəsmiləri üçün 6 min istifadəçinin şəxsi məlumatlarını əldə etməkdə günahlandırılır.

Rəhbərlik bu hərəkətlərdən xəbərdar olandan sonra ona inzibati məzuniyyət verilib və o, bundan sonra həyat yoldaşı və qızıyla birgə Səudiyyə Ərəbistanına qaçıb.

Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirliyi hələlik məsələ ilə bağlı aşıqlama verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR