Venesuela müxalifəti hakimiyyət nümayəndələri ilə danışıqlara razı olub

Venesuela müxalifəti hakimiyyət nümayəndələri ilə danışıqlara razı olub
# 08 iyul 2019 04:29 (UTC +04:00)

Venesuela müxalifəti Barbadosda Norveçin vasitəçiliyi ilə Nikolas Maduro hökumətinin nümayəndələri ilə görüş keçirəcək.

APA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu müxalifət lideri Xuan Quaydonun mətbuat katibi deyib.

“Vətəndaşlara və dünya cəmiyyətlərinə müraciət edərək bildiririk ki, ölkədə diktaturanın dayandırılması ilə bağlı dialoq yaratmaq üçün biz qəsbkar rejimin nümayəndələri ilə Barbadosda görüşdə iştirak edəcəyik”, - deyə açıqlamada qeyd olunur.

Bununla da müxalifət prezident Nikolas Maduronun istefasını və ölkədə yeni prezident seçkilərinin keçirilməsini tələb edəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR