Əvvəllər Trampa məxsus olan 39 mərtəbəli otel partladılıb - VİDEO

Əvvəllər Trampa məxsus olan 39 mərtəbəli otel partladılıb - VİDEO
# 18 fevral 2021 07:47 (UTC +04:00)

ABŞ-ın Nyu-Cersi ştatının Atlantik Siti şəhərində əvvəllər otel və kazino kimi fəaliyyət göstərən 39 mərtəbəli məşhur “Trump Plaza” kimi tanınan bina sökmək məqsədilə partladılıb.

APA xəbər verir ki, binanın partladılması anı yerli “nj.com” portalının “youtube” kanalında yayımlanıb.

Binanın sökülməsini bir çox şəhər sakini izləyib.

Qeyd edək ki, bina 1984-cü ilin mayında istifadəyə verilmişdi. Şəhərdəki sayca onuncu qumarxana kimi fəaliyyət göstərirdi. Lakin 2014-cü ildə bağlanıb.

2016-cı ildə fəaliyyətini dayandırdıqdan sonra onun mülkiyyəti “Trump Entertainment Resorts”dan “Icahn Enterprises”ə təhvil verilib.

Atlantik Şəhər Bələdiyyə Başçısı Marti Smoll 2020-ci ildə binanın sökülməsi ilə bağlı əmr imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR