Xuan Quaydo Rusiya gəmilərinin Venesuelaya səfərini "şou" adlandırıb

Xuan Quaydo Rusiya gəmilərinin Venesuelaya səfərini "şou" adlandırıb
# 21 avqust 2019 04:58 (UTC +04:00)

Rusiyanın hərbi gəmilərinin gəlişi Venesuela suverenliyinin pozulması olardı.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, belə bir açıqlama ilə Venesuela müxalifətinin lideri Xuan Quaydo çıxış edib.

“Rusiya hərbi gəmilərinin milli ərazi sularımızda olmasını hər hansı bir formada təsdiq etmədik, bu, milli suverenliyin pozulması olardı”, - deyə Quaydo deyib.

Onun sözlərinə görə, hərbi gəmilərin səfərinə dair təşəbbüs bir “şou”dur. Bununla mövcud hakimiyyət beynəlxalq dəstəyə malik olduğunu nümayiş etdirmək istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR