3 minə yaxın miqrant Meksikadan ABŞ sərhədinə axın edib

3 minə yaxın miqrant Meksikadan ABŞ sərhədinə axın edib
# 25 iyun 2022 00:20 (UTC +04:00)

Meksikanın cənubundakı Çiapas ştatından 3000-ə yaxın əcnəbi ABŞ-la sərhədə axın edib.

APA xəbər verir ki, bu barədə “El Debate” qəzeti məlumat yayıb.

Miqrantlar arasında Venesuela, Haiti və bir sıra Mərkəzi Amerika ölkələrindən olan vətəndaşlar var.

Polis əməkdaşları və Milli Qvardiyanın döyüşçüləri onların hərəkətinə mane olmur.

Hər hansı insident barədə məlumat verilməyib.

Rəsmi hesablamalara görə, bu ilin yanvarın 1-dən aprelin 13-dək hüquq-mühafizə və miqrasiya orqanlarının əməkdaşları Meksikada digər ştatlardan olan 115 300 mindən çox miqrantı saxlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR