ABŞ 100 minə qədər ukraynalı qaçqını qəbul edəcək proqram elan edib

Co Bayden

© APA | Co Bayden

# 21 aprel 2022 18:37 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden “Ukrayna üçün birləş” adlı yeni proqramı elan edib.

APA xəbər verir ki, Bayden bildirib ki, bu humanitar proqram çərçivəsində ABŞ 100 minə qədər ukraynalı qaçqını qəbul edəcək.

O deyib ki, bu proqrama ukraynalı qaçqınların Avropadan ABŞ-a hüquq yollarla gəlməyini təmin edəcək. Bayden əlavə edib ki, artıq ukraynalıların ABŞ-a keçmək üçün ölkənin cənub sərhədinə gəlməsinə ehtiyac yoxdur.

Bu proqram gələn həftədən qüvvəyə minəcək. Ukraynalıların amerikalı sponsorları (ailə və ya qeyri-hökumət təşkilatı) varsa, proqram onların müvəqqəti olaraq ABŞ-a gəlməsinə imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR