ABŞ Avstraliyada nüvə silahları daşıya bilən təyyarələr yerləşdirəcək

ABŞ Avstraliyada nüvə silahları daşıya bilən təyyarələr yerləşdirəcək
# 31 oktyabr 2022 09:35 (UTC +04:00)

Rəsmi Vaşinqton Avstraliyanın Darvin şəhərinin cənubunda yerləşən Tindal aviabazasında B-52 bombardmançı təyyarələri yerləşdirəcək.

APA Avstraliyanın ABC telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ hərbi-hava qüvvələri (HHQ) məlumat yayıb.

Məlumatda deyilir ki, bu təyyarələr nüvə silahı daşıya bilir və bu səbəbdən aviabazada xüsusi tikinti işləri aparılır.

“ABŞ HHQ məxsus bombardmançı təyyarələrin Avstraliyada yerləşdirilməsi bizim rəqiblərimizə təhlükəli aviasiyanı genişləndirmək imkanlarımız barədə ciddi siqnaldır”, - qeyd olunub.

Həmçinin, o da əlavə olunub ki, təyyarələrin yerləşdirilməsi üçün tikinti işləri 2026-cı ildə yekunlaşacaq və Tindal aviabazasının genişləndirilməsi 100 milyon dollara başa gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR