ABŞ bu həftə İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ bu həftə İrana qarşı yeni sanksiyalar tətbiq edəcək
# 04 oktyabr 2022 02:30 (UTC +04:00)

Birləşmiş Ştatlar bu həftə Vaşinqtonun ölkədə etirazçılara qarşı zorakılıqda əli olduğuna inandığı İran rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Co Bayden deyib.

“Mən İranda bərabər hüquqlar və insan ləyaqətinə hörmət tələb edən tələbələr və qadınlar da daxil olmaqla, dinc nümayişlərə qarşı şiddətlə bağlı xəbərlərdən ciddi şəkildə narahatam”,- deyə Bayden vurğulayıb.

Bayden dinc nümayişçilərə qarşı zorakılığın arxasında duranlara qarşı sanksiyaların tətbiq ediləcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR