ABŞ Burkina Fasoda dövlət çevrilişini pisləyib

ABŞ Burkina Fasoda dövlət çevrilişini pisləyib
# 02 oktyabr 2022 04:50 (UTC +04:00)

ABŞ Burkina Fasoda cümə günü baş vermiş dövlət çevrilişini pisləyib.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yaydığı bəyanatda deyilir.

"Birləşmiş Ştatlar Burkina Fasodakı hadisələrdən dərin narahatdır. Qeyd edirik ki, səkkiz ay ərzində ikinci dəfə ordu hökuməti və Milli Assambleyanı buraxdığını və konstitusiyanın fəaliyyətini dayandırdığını elan etdi. Biz Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyinə (ECOWAS) qoşuluruq. Afrika İttifaqı və Avropa İttifaqı demokratik yolla seçilmiş mülki hökumətin geri qaytarılması üçün razılaşdırılmış vaxtı təhlükə altına alan bu hərəkətləri və davam edən zorakılığı pisləyir”, - deyə bəyanatda deyilir.

Birləşmiş Ştatlar Burkina-Fasoda hakimiyyəti ələ keçirmiş hərbçiləri deeskalasiyanı təmin etməyə, mülki şəxslərə və hərbçilərə zərərin qarşısını almağa və konstitusiya quruluşunu bərpa etməyə çağırıb.

Xatırladaq ki, Sentyabrın 30-da hərbi qrup Burkina-Fasoda dövlət çevrilişi edərək hakimiyyəti ələ keçirdi və polkovnik-leytenant Pol-Henri Sandaoqo Damibanı prezidentlikdən uzaqlaşdırdı.
Artilleriya kapitanı İbrahim Traore ölkənin yeni lideri oldu. O, ölkənin idarəetmə strukturuna, Qorunma və Bərpa Uğrunda Vətənpərvərlik Hərəkatına rəhbərlik edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR