ABŞ Çindən gələn mallara görə rüsum artımını təxirə salmağa razılıq verib

ABŞ Çindən gələn mallara görə rüsum artımını təxirə salmağa razılıq verib
# 12 sentyabr 2019 07:04 (UTC +04:00)

ABŞ hakimiyyəti Çindən gətirilən 250 milyard dollar dəyərində mallara tətbiq olunacaq rüsumun 25%-dən 30%-ə qədər artırılmasını Pekinin müraciəti əsasında iki həftə təxirə salmağa razılılaşıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, belə bir məlumatı ABŞ prezidenti Donald Tramp şəxsi “Twitter” səhifəsində paylaşıb.

“ÇXR-in Dövlət Şurasının baş nazirinin müavini Lyu Henin xahişi və eləcə də 1 oktyabr tarixində ÇXR-in qurulmasının 70 illiyinin qeyd edilməsi ilə əlaqədar 250 milyard dollar dəyərində idxal olunacaq məhsullara rüsumun 25%-dən 30%-ə qədər artımını xoşməramlı jest olaraq 1 oktyabrdan 15 oktyabradək təxirə salmağa razı olduq”, - deyə Tramp yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR