ABŞ-da atəş açaraq 3 polisi yaralayan şəxs saxlanılıb

ABŞ-da atəş açaraq 3 polisi yaralayan şəxs saxlanılıb
# 28 yanvar 2022 07:22 (UTC +04:00)

ABŞ-ın Texas ştatının Hyuston şəhərində silahlı insident baş verib.

APA xəbər verir ki, bu barədə Hyuston polisi “Twitter” səhifəsində məlumat yayıb.

Naməlum şəxs silahdan atəş açaraq 3 polis əməkdaşını yaralayıb. Şübhəli şəxs hadisə yerindən qaçsa da şəhər polisi onu saxlamağa müvəffəq olub.

Yaralı polis əməkdaşlarının vəziyyətinin stabil olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR