ABŞ-da atışma olub, iki nəfər ölüb

ABŞ-da atışma olub, iki nəfər ölüb
# 03 iyul 2022 03:50 (UTC +04:00)

ABŞ-ın Texas ştatının Hyuston şəhərində atışma olub.

APA “Associated Press”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 yeniyetmə ölüb, 1 nəfər isə yaralanıb.

Məlumata görə, münaqişə əyləncə gecəsində baş verib. Öldürülən yeniyetmələrin 17 yaşı olduğu bildirilib.

Bildirilib ki, hadisə ilə bağlı bir neçə nəfər saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR