ABŞ-da atışmada 3 nəfər yaralanıb, atəş açan şəxs öldürülüb

ABŞ-da atışmada 3 nəfər yaralanıb, atəş açan şəxs öldürülüb
# 29 may 2023 08:19 (UTC +04:00)

Texasda bir nəfər gecə klubuna yaxın dayanacaqda atəş açıb, 3 nəfər yaralanıb.

APA-nın məlumatına görə, bu barədə rəsmi orqanlara istinadən Associated Press məlumat yayıb.

Qeyd olunur ki, klubun ziyarətçilərindən biri davanın iştirakçısı olub, bundan sonra mühafizəçilər ondan klubu tərk etməsini istəyiblər. Həmin şəxs tələbi yerinə yetirib və dayanacaqda olan insanlara atəş açıb.

Hadisə nəticəsində 3 nəfər xəstəxanaya yerləşdirilib. Atəş açmaqda şübhəli bilinən şəxs də klubun silahlı mühafizəçiləri tərəfindən vurulduqdan sonra xəstəxanaya aparılıb. O, tibb müəssisəsində ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR