ABŞ-da baş vermiş atışma nəticəsində 1 polis əməkdaşı ölüb

ABŞ-da baş vermiş atışma nəticəsində 1 polis əməkdaşı ölüb
# 29 mart 2023 10:12 (UTC +04:00)

ABŞ-ın Alabama ştatında baş verən atışmada 1 polis zabiti ölüb.

APA “Associated Press” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsindən bildirilib.

Əldə olunan məlumata görə, Alabama ştatının Hantsvill şəhərində baş vermiş hadisə nəticəsində daha bir polis əməkdaşı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Atışma zamanı hadisə yerində olan 1 qadın da yaralanıb, vəziyyəti qənaətbəxşdir.

Cinayətkar həbs edilib və həyatı üçün təhlükə yaratmayan xəsarətlə xəstəxanaya çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR