ABŞ-da benzinin qiyməti yenidən tarixi maksimum səviyyəyə çatıb

ABŞ-da benzinin qiyməti yenidən tarixi maksimum səviyyəyə çatıb
# 04 iyun 2022 21:44 (UTC +04:00)

ABŞ-da yanacaqdoldurma məntəqələrində benzinin qiyməti yenidən tarixi maksimumunu yeniləyərək bir qallon (3,785 litr) üçün 4,81 dollara çatıb.

APA-nın məlumatına görə, bu barədə TASS Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatlarına istinadən məlumat yayıb.

Qeyd olunur ki, hazırkı prezident Co Bayden vəzifəyə gələndən yanacağın qiyməti qalxıb.

İyunun 4-də ölkədə “Regular” markalı benzinin bir qallonunun qiyməti 4,8 dollara qalxıb, Baydenin andiçməsindən sonrakı ilk həftədə - keçən il yanvarın sonunda bu rəqəm 2,39 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR