ABŞ-da binanın karkasının çökməsi 3 nəfərin ölümünə səbəb olub

ABŞ-da binanın karkasının çökməsi 3 nəfərin ölümünə səbəb olub
# 02 yanvar 2023 23:24 (UTC +04:00)

ABŞ-ın Şimali Karolina ştatının Şarlotta şəhərində tikinti meydançasında binanın karkasının uçması nəticəsində azı 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

APA-nın məlumatına görə, bu barədə şəhərin yanğınsöndürmə idarəsi özünün “Twitter” səhifəsində məlumat yayıb.

Məlumatda xəsarət alanlardan ikisinin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Hazırda yanğınsöndürənlər binada işləyir. Hadisənin səbəbi məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR