ABŞ-da əcnəbilərin müsadirə olunmuş aktivləri Kiyevə veriləcək

ABŞ-da əcnəbilərin müsadirə olunmuş aktivləri Kiyevə veriləcək
# 28 aprel 2022 02:01 (UTC +04:00)

ABŞ Konqresinin Nümayəndələr Palatası əcnəbilərin müsadirə olunmuş aktivlərinin Ukraynaya yardım üçün göndərilməsinə icazə verən qanunu qəbul edib.

APA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Sənədə əsasən, Rusiya hökumətinin dəstəyi ilə yaxud da qeyri-qanuni yollarla əldə olunan vəsaitlər müsadirə olunacaq.

Müsadirə edilən aktivlər Ukraynanın bərpası və vətəndaşlara humanitar yardımın göstərilməsi üçün istifadə oluna bilər.

Aprelin ortalarında ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib ki, ABŞ hökuməti ələ keçirilən aktivləri rusiyalı iş adamlarına qaytarmayacaq.

Daha əvvəl bildirilmişdir ki, ABŞ Rusiya Federasiyası Mərkəzi Bankının dondurulmuş aktivlərinin Ukraynaya yardım üçün köçürülməsi imkanlarını öyrənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR