ABŞ-da gecə kulubundakı atışmada iki nəfər ölüb

ABŞ-da gecə kulubundakı atışmada iki nəfər ölüb
# 13 iyun 2022 07:27 (UTC +04:00)

ABŞ-ın İndiana ştatında gecə klubunda atışma olub.

APA “NBC Chicago” telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb.

Ştatın Qari şəhərindəki atışmada 34 yaşlı kişi və 26 yaşlı qadın ölüb.

Daha 4 nəfər yaralanıb.

Onlardan birinin vəziyyəti ağırdır, qalanlarının isə həyati təhlükəsi yoxdur.

Polis silahlının axtarışlarını davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR