ABŞ-da Hondurasın keçmiş prezidentinin məhkəməsi keçirilib  

ABŞ-da Hondurasın keçmiş prezidentinin məhkəməsi keçirilib  
# 11 may 2022 01:41 (UTC +04:00)

Hondurasın keçmiş prezidenti Xuan Orlando Fernandez ABŞ-da hakim qarşısına çıxarılıb.

APA-nın xəbərinə görə, Bruklin Federal Məhkəməsi ona qarşı narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürüb. O, 2004-2022-ci illərdə ABŞ-a 500 ton kokainin ötürülməsini təşkil etməkdə ittiham olunur.

Qeyd edək ki, 53 yaşlı Fernandez 2014-2022-ci illərdə Hondurasın prezidenti olub. O, apreldə ABŞ-a ekstradisiya olunub. Növbəti məhkəmə sentyabra təyin olunub. Təqsiri sübuta yetirilərsə onu ömürlük həbs gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR