ABŞ-da “İen” qasırğası nəticəsində ölənlərin sayı 77-ə çatdı - YENİLƏNİB

ABŞ-da “İen” qasırğası nəticəsində ölənlərin sayı 77-ə çatdı - YENİLƏNİB
# 02 oktyabr 2022 05:55 (UTC +04:00)

ABŞ-ın Florida ştatında “İen” qasırğası nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

Qeyd olunub ki, Florida ştatının 77 sakininin ölümü rəsmən təsdiqlənib.

Axtarış-xilasetmə əməliyyatı davam edir.

***

Saat 00:28

ABŞ-ın Florida ştatında “İen” qasırğası 45 nəfərin ölümünə səbə olub.

APA xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Li rayonunda 16, Şarlotta rayonunda 12, Kollier rayonunda 8 nəfər ölüb.

Təbii fəlakət ştatda dağıntılara səbəb olub.

Çox sayda yollara, körpülərə və binalara ciddi ziyan dəyib.

Florida qubernatoru Ron Desantis bildirib ki, bu ştat tarixində ən dağıdıcı qasırğa olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR