ABŞ-da iki hərbi helikopter toqquşub, 9 əsgər ölüb - YENİLƏNİB

ABŞ-da iki hərbi helikopter toqquşub, 9 əsgər ölüb - YENİLƏNİB
# 30 mart 2023 19:09 (UTC +04:00)

ABŞ-ın 101-ci hava-desant diviziyasına məxsus iki “Black Hawk” helikopterinin Kentukki ştatının Trigg dairəsində təlim zamanı toqquşması nəticəsində azı 9 əsgər həlak olub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABC televiziya şirkəti ordunun bəyanatına istinadən məlumat yayıb.

Onların sözlərinə görə, pilotlar planlı təlim uçuşu həyata keçirirmiş.

***

10:07

ABŞ-ın Kentukki ştatında iki hərbi helikopter toqquşub.

APA “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin sözçüsü bildirb.

Qeyd olunub ki, təlim zamanı ABŞ ordusunun Fort Kampbel qarnizonuna məxsus iki helikopter qəzaya uğrayıb.

Toqquşma nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR