ABŞ-da iki təyyarə toqquşub, ölənlər var

ABŞ-da iki təyyarə toqquşub, ölənlər var
# 19 avqust 2022 05:41 (UTC +04:00)

ABŞ-ın Uotsonvil şəhərində (Kaliforniya ştatı) hava limanına eniş edərkən iki kiçik təyyarə toqquşub.

APA xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyasına istinadən “The Washington Post” məlumat yayıb.

Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilib.

İkimühərrikli “Cessna 340”-ın göyərtəsində iki nəfər, birmühərrikli “Cessna 152”-nin göyərtəsində isə yalnız pilot olub.

Hadisə nəticəsində hava limanının işçiləri arasında heç kim xəsarət almayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR