ABŞ-da konsertdə atışma olub, yaralananlar var

ABŞ-da konsertdə atışma olub, yaralananlar var
# 15 yanvar 2022 11:38 (UTC +04:00)

ABŞ-ın Oreqon ştatının Yucin şəhərində konsert zamanı atışma nəticəsində azı 6 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə şəhər polis idarəsi "Twitter"də yazıb.

Məlumata görə, konsert zalında bir neçə atışma barədə ilk xəbərlər cümə günü axşam gəlib. Hadisə yerinə polis və digər təcili xidmətlər gəlib.

Beş yaralı yerli xəstəxanaya çatdırılıb. Sonradan onların sayı altıya yüksəlib.

Hadisənin səbəbləri hələlik açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR