ABŞ-da küçədə atışma baş verib, 10 nəfər yaralanıb

ABŞ -  Florida

© APA | ABŞ - Florida

# 06 yanvar 2023 11:59 (UTC +04:00)

ABŞ-ın Florida ştatında, Mayami-Qardens şəhərində məşhur restoranlardan birinin yaxınlığında atışma baş verib və nəticədə 10-a yaxın adam yaralanıb.

APA xəbər verir ki, bu barədə “Miami Herald” qəzeti polisə istinadən məlumat yayıb.

Polisdən verilən məlumatına əsasən, atışmanın dəqiq olaraq hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Xəsarət alanların sayı dəqiqləşdirilir, lakin hüquq-mühafizə orqanlarından alınan ilkin məlumata görə, 10-a qədər adam yaralanıb.

Hazırda hadisə yerində araşdırmalar davam edir və hadisə yerinin yaxınlığında olan kameraların videogörüntüləri yoxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR