ABŞ-da məktəbdəki qətlə görə bayraqlar endirilib

ABŞ-da məktəbdəki qətlə görə bayraqlar endirilib
# 25 may 2022 03:02 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden Texas ştatındakı məktəbdə atışma qurbanlarının xatirəsinə hökumət binaları qarşısında bayraqların endirilməsinə dair sərəncam verib.

APA TASS-a istinadla xəbər verir ki, sərəncama görə, bu, mayın 28-dək davam edəcək. Qərar, həmçinin səfirliklərə, hərbi bazalara, hərbi-dəniz qüvvələrinin gəmilərinə aiddir.

Qeyd edək ki, Texasda baş verən atışmada 14 məktəbli və bir nəfər digər sakin həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR