ABŞ-da meşə yanğını ilə əlaqədar fövqəladə vəziyyət elan edilib - FOTO

ABŞ-da meşə yanğını ilə əlaqədar fövqəladə vəziyyət elan edilib - FOTO
# 24 iyul 2022 22:35 (UTC +04:00)

ABŞ-ın Kaliforniya ştatında başlayan yanğının söndürülməsi üçün işlər davam edir.

APA Reuters-ə istinadən xəbər verir ki, qubernator Gavin Nyusom fövqəladə vəziyyət elan edib.

Yanğın yaşayış evlərinə doğru irəlilədiyindən 3000-ə yaxın insan təxliyə edilib.

İndiyədək 4600 hektara yaxın ərazi məhv olub.

Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamentinin 11 yanğınsöndürəni, 400-dən çox şəxsi heyəti, 45 yanğınsöndürən maşını və 4 helikopteri alovla mübarizə aparır.

Yanğını 3000 kvadrat metrlik dağlıq və meşəlik ərazi olan, nadir ağacların olduğu “Yosemite” Milli Parkını da təhlükə altında qoyub.

Sürətlə yayılan alov səbəbindən əraziyə elektrik verilişi dayanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR