ABŞ-da meymunçiçəyinə daha beş yoluxma təsdiqlənib

ABŞ-da meymunçiçəyinə daha beş yoluxma təsdiqlənib
# 24 may 2022 02:30 (UTC +04:00)

ABŞ-da meymunçiçəyi xəstəliyinə daha 5 yoluxma halı qeydə alınıb.

APA xəbər verir ki, bu barədə brifinq zamanı ABŞ Federal Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərinin Patogenlər və Patologiyalar Departamentinin direktor müavini Cennifer Makkuiston deyib.

"Massaçusetsdə təsdiqlənmiş bir meymunçiçəyinə yoluxma halına əlavə olaraq, daha dörd yoluxma halı qeydə alınıb", - deyə C.Makkuiston bildirib.

Onun sözlərinə görə, yeni yoluxma halları Nyu-York, Florida və Yuta ştatlarında qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR