ABŞ-da meymunçiçəyinə qarşı vaksin üçün növbə yaranıb

ABŞ-da meymunçiçəyinə qarşı vaksin üçün növbə yaranıb
# 18 iyul 2022 08:37 (UTC +04:00)

Nyu-Yorkda meymunçiçəyinə qarşı peyvənd olunmaq istəyənlərin uzun növbəsi yaranıb.

APA-nın “Le Matin” saytına istinadla xəbərinə görə, peyvəndləmə mərkəzlərində sıxlıq kifayət qədər böyükdür. Ötən gün cəmi 7 dəqiqə ərzində 9200 nəfər onlayn növbə götürüb. Artıq 21 500 doza vaksin vurulub. Peyvənd olunmaq istəyənlərin əksəriyyəti 20-40 yaş arası olan şəxslərdir.

8 milyon əhalisi olan şəhərdə meymunçiçəyi sürətlə yayılır. İlk dəfə may ayında aşkar edilmiş xəstəliyə yoluxan Nyu-York sakinlərinin sayı 460-ı ötüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR