ABŞ-da naməlum silahlı şəxslər azyaşlı uşağı və qadını güllələyiblər

ABŞ-da naməlum silahlı şəxslər azyaşlı uşağı və qadını güllələyiblər
# 14 may 2022 05:27 (UTC +04:00)

Los-Ancelesin cənub-qərbində 25 yaşlı qadın və iki yaşında uşaq avtomobildə güllələnərək öldürülüb.

APA xəbər verir ki, bu barədə “Nbclosangeles.com” saytı məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, hücumu törədən 3 nəfər naməlum şəxs olub.

Onlar avtomobilə atəş açaraq ərazidən uzaqlaşıb.

Polis hələlik qadının körpənin anası olub-olmadığını dəqiqləşdirir.

Hadisəni törədənlərin saxlanılması istiqamətində iş aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR