ABŞ-da paradda atəş açaraq 6 nəfəri öldürən şəxs tutulub - YENİLƏNİB-2 - VİDEO

ABŞ-da paradda atəş açaraq 6 nəfəri öldürən şəxs tutulub - YENİLƏNİB-2  - VİDEO
# 05 iyul 2022 09:53 (UTC +04:00)

ABŞ-ın Müstəqillik günü münasibətilə İllinoys ştatının Haylend-Park şəhərində keçirilən paradda atəş açan şəxs tutulub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər Polis İdarəsinin rəisi Lu Coqmen bildirib.

Onun sözlərinə görə, 22 yaşlı şübhəli Robert Krimonu polis avtomobillə qısa təqibdən sonra yaxalayıb.

O, istintaq üçün Polis İdarəsinə təhvil verilib.

***

4 iyul saat 23.24

ABŞ-nin İllinoys ştatının Haylend-Park şəhərində paradda atışma baş verib.

APA-nın “CNN”ə istinadən verdiyi xəbərə görə, atışmada ən azı 6 nəfər ölüb, iyirmidən çox adam yaralanıb.

Yerli polis hadisəni şəxsiyyəti hələlik dəqiqləşdirilməmiş, lakin 18-20 yaş arası ağdərili bir oğlanın törətdiyini bildirib.

***

Saat 21:39

ABŞ-da Müstəqillik Günü ilə bağlı keçirilən paradda atışma zamanı ölənlər olub.

APA “New York Times” qəzetinə istinadən xəbər verir ki, İllinoys ştatının Haylend-Park şəhərində baş verən hadisə nəticəsində iki nəfər ölüb.

Hadisədən sonra parad ləğv edilib.

***

Saat 21:07

ABŞ-da Müstəqillik Günü paradı zamanı atışma baş verib.

APA CNN-ə istinadən xəbər verir ki, atışma Çikaqodan təxminən 40 kilometr şimalda yerləşən İllinoys ştatında olub.

Yerli hakimiyyət paradın ləğv edildiyini bildirib və həmçinin vətəndaşlara şəhərin mərkəzindən uzaq durmağı tövsiyə edib.

Hadisə şahidlərinin sözlərinə görə, ən azı 20-25 atəş səsi eşidilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR