ABŞ-da qatar qəzası nəticəsində 3 nəfər həlak olub - YENİLƏNİB

ABŞ-da qatar qəzası nəticəsində 3 nəfər həlak olub  - YENİLƏNİB
# 28 iyun 2022 04:08 (UTC +04:00)

ABŞ-ın Missuri ştatında qatar qəzası nəticəsində 3 nəfər həlak olub.

APA-nın xəbərinə görə, bu barədə ştatın rəhbərliyi məlumat verib.

Ölənlərdən ikisi qatarın sərnişini, digəri isə kommunal xidmət avtomobilinin sürücüsüdür. Məlumatda xəsarət alanların sayının çox olduğu göstərilir.

***

02.38

ABŞ-ın Missuri ştatında qatar qəzası baş verib.

APA-nın xəbərinə görə, Los-Anceles-Çikaqo reysini yerinə yetirən qatar tənzimlənməyən keçiddə kommunal xidmət avtomobili ilə toqquşaraq relsdən çıxıb. Nəticədə bir neçə vaqon çevrilib. Qəza zamanı qatarda 243 sərnişin olub. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR